Xəbər lenti

Almaniyanın sabiq xarici işlər naziri Siqmar Qabrielin “Ankara Qərbdən tamamilə uzaqlaşarsa,  nüvə silahlanmasına gedə bilər”bəyanatına BMT-nin kimyəvi silah komissiyasının Rusiyalı keçmiş üzvü İqor Nikulindən də dəstək gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İqor Nikulin Türkiyənin nüvə silahı əldə etmə potensialının çox yüksək olduğunu bildirib: “Türkiyə olduqca inkişaf etmiş bir ölkədir və nüvə sahəsində mütəxəssis yetişdirdiyi kimi, xaricdən də belə işçilər cəlb etmək gücündədir”.

Nikulin iddia edib ki, əgər Türkiyə müstəqil hərəkət edərsə 10 ilə, kənardan texniki dəstək alarsa 5-6 ilə nüvə silahı yarada bilər.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 567          Tarix: 30-08-2018, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma