İranın Şiraz şəhərində qurulmuş böyük plakat İran-İraq müharibəsində şəhid olanlara həsr edilmişdi, amma əksinə məsxərələrə səbəb olaraq tezliklə sökülüb. Çünki plakatda əks edilənlər İran yox, onun qatı düşməni olan İsrailin əsgərləri olub.
Bu yolverilməz səhvə görə Şirazın bələdiyyə idarəsi təhqiqata başlayıb.
Plakatda uçurumun qarşısında dayanmış üç əsgər buludlara baxan yerdə əks edilmişdi. Plakat 1980-1988-ci illərdə davam etmiş İran-İraq müharibəsinin 38-ci ildönümünə həsr olunmuşdu. Bu müharibədə İraq və İranın 500 min əsgəri həlak olub. Elə bu qədər də mülki əhali tələf olub.
Plakat qurulduqdan sonra bəzi Şiraz sakinləri şəkildəki əsgərlərin İsrailin hərbi formasında olduqlarına diqqət yetiriblər. Bundan sonra İranın sosial mediasında tənqid və məsxərə dalğası başlanıb.
Üstəlik bu da bəlli olub ki, plakatın orjinalındakı əsgər qadın redaktə olunaraq şəkildən çıxarılıb.
İstifadəçi 1979-cu ildə hakimiyyətə gəlmiş ruhani hakimiyyəti inqilabçı sözü ilə dolayıb:
Paylaş: