Xəbər lenti

Yaxın günlərdə Macarıstanın Ukraynanın Zakarpartye vilayətinin Bereqovo şəhərindəki baş konsulu ölkəsinə qayıdacaq.

Bu barədə mətbuata açıqlamasında Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin məlumat verib.

Nazirin sözlərinə görə, Zakarpartye vilayətində Ukrayna vətəndaşlarına Macarıstan pasportlarının verilməsi məsələsini faktlarla macar həmkarı Peter Siyartoya çatdırıb: “Onlar konsulluq münasibətlərinə dair Venesiya Konvensiyasının tələblərini pozublar. Mən macar həmkarıma konsullarının geri çağırılmasını təklif etdim. Əgər bu baş verməsə, bu həftə konsulun ölkədən çıxarılmasına dair nota təqdim edəcəyik”.

Qeyd edək ki, Macarıstan xarici işlər naziri Peter Siyarto macar konsulunun Ukraynadan çıxarılacağı təqdirdə, ölkəsinin adekvat addım atacağını bəyan edib/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 405          Tarix: 2-10-2018, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma