Xəbər lenti

ABŞ Senatı prezident Donald Trampın Ali Məhkəmə hakimliyinə namizədi Brett Kavanaughnın nominasiyasını səsə qoymaq qərarına gəlib. Səsvermənin həftəsonu olacağı gözlənilir.

Senat oktyabrın 5-də 51-49 nisbəti ilə Kavanaughnın ömürlük Ali Məhkəmə hakimliyinə namizədliyini səsə qoymaq qərarı qəbul edib. Yekun səsverməsinin oktyabrın 6-da olacağı gözlənilir.

Kavanaughnın namizədliyinin təsdiq edilməsi Ali Məhkəmədəki qüvvələr nisbətini 5-4 olaraq respublikaçıların xeyrinə dəyişəcək. Respublikaçılar Senatda 51-49 çoxluğuna malikdirlər və demokratlar ən azı iki respublikaçı senatorun Kavanaughnın namizədliyi əleyhinə səs verəcəyinə ümid edirlər. Lakin bunun üçün bütün demokrat senatorların Kavanaughnın əleyhinə səs verməsi zəruridir.

Respublikaçılar hesab edirlər ki, Kavanaughya qarşı cinsi nalayiq hərəkət iddiasının FTB tərəfindən araşdırılması və bunun nəticələri Trampın namizədinin yekun səsverməsinə yolunu açır.

Demokratlar bildirirlər ki, Kavanaugh özünün partiya bağlılığına, habelə ona qarşı cinsi nalayiq hərəkət iddilarına görə Ali Məhkəmənin hakimi olmağa layiq deyil.

Tramp Kavanaughnın namizədliyini müdafiə edərək deyib ki, onu ittiham edən etirazçıların pulu liberal investor Corc Soros tərəfindən ödənilib. (azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 430          Tarix: 6-10-2018, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma