Xəbər lenti

Terrorizmlə bağlı olan cinayətlərə görə ölüm hökmü tətbiq edilməlidir.
Bunu jurnalistlərə açıqlamasında Britaniya Azadlıq Partiyasının və Avropa Parlamentinin deputatı Cenis Etkinson söyləyib. O, partiyasının parlamentə daxil olacağı təqdirdə ölüm hökmünün bərpası ilə bağlı referendum keçirəcəklərini də bildirib:
“Biz müharibə vəziyyətindəyik. Bu gün biz bəyan etməliyik ki, terrorizmə görə ölüm hökmü yenidən bərpa olunacaq. Profilaktika həmişə müalicədən yaxşıdır”.
Qeyd edək ki, Türkiyə rəsmilərinin dövləti xəyanətə görə ölüm hökmünü bərpa etmə istəyi ilə bağlı açıqlamaları Avropada ciddi etirazla qarşılanır.(Axar.az)

 




Ana səhifəyə qayıt        Baxış: 661          Tarix: 25-05-2017, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma