Xəbər lenti

 

ABŞ və İsrail hərbçiləri Alyaska ştatında “Hets-3” Raket əleyhinə müdafiə kompleksini sınaqdan keçirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,bu barədə İsrailin Müdafiə nazirliyi məlumat yayıb.

“Hets-3” (Ox-3) iki ölkənin mütəxəssislərinin birgə səyləri ilə yaradılmış sistemdir. Kompleksin memarları onun əldəqayırma reaktiv mərmilərdən tutmuş İranın ballistik raketlərinə qədər hər cür hücumları dəf etməyə qadir olduğunu bildirirlər.

“Yay sınaqları yüksək ekzoatmosfer hədəfləri belə yaxalamaq imkanına malik olduğumuzu göstərib”,deyə İsrail Müdafiə nazirliyinin press-relizində deyilir.

Baş nazir Benyamin Netanyahu hərbi təlimlərin bütün gözləntiləri və təsəvvürləri qat-qat aşdığını bəyan edib. Onun sözlərinə görə sınaqlar bir neçə həftə ərzində və olduqca məxfi sayılan 3 mərhələdən keçirilib. Atış təlimləri zamanı ABŞ-n “AN-TPY 2” radarlarından istifadə olunub. 

Qeyd olunur ki, İsrail ordusunda artıq “Hets” və “Patriot” raket sistemlərinin köhnə versiyaları var. Bunlar İranın “Şahab” və Suriyanın “Skad” raketlərinə qarşı qurulublar. Bundan başqa İsrail Fələstinin “Kassam” və “Qrad” tipli kiçik məsafəli reaktiv mərmilərinə qarşı  “Dəmir günbəz” sistemi ilə mühafizə olunur. 

İsrail ordusu “Davudun kəməndi” adlı zenti-raket kompleksinə də malikdir. Bu sistem 70 km-dən 300 km-ə qədər raketləri yaxalamaq qabliyyətinə malikdir və əsasən “Hizbullah” hərəkatından gələn hücumların qarşısının alınmasına yönəlib.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 415          Tarix: 28-07-2019, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma