Xəbər lenti

 

“Rəsmi Vaşinqton müttəfiqləri ilə Asiya-Sakit Okean bölgəsinə yeni raketlərin yerləşdirilməsi imkanlarını müzakirə edir”.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Andrea Tompson bəyan edib.

Onun sözlərinə görə, orta mənzilli raketlərin yerləşdirilməsi barədə qərar bölgə ölkələrinin liderləri tərəfindən veriləcək, çünki bu qərar dövlət başçılarının suveren hüququdur.

“Bu bölgə ilə bağlı hər hansı bir qərar müttəfiqlərimizlə məsləhətləşmələr çərçivəsində veriləcək. Bu, ABŞ-ın birtərəfli qərarı deyil” deyə, o bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 280          Tarix: 14-08-2019, 09:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma