Xəbər lenti

 

“Bizim sərhədboyu bütün hazırlıqlarımız tamamlanmış vəziyyətdədir. Məlumdur ki, ABŞ strateji ortağımızdır. NATO-da Birləşmiş Ştatlarla eynihüquqluyuq. Bizim strateji ortağımızla qarşı-qarşıya gəlmək arzumuz yoxdur. Amma ABŞ-ın YPG/PYD terror təşkilatlarına dəstək verməsi açıq-aşkar ortadadır, biz bunu qulaqardına vura bilmərik. Tramp ilə görüşərkən bu məsələni müzakirə edəcəyik”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Nyu-Yorka səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərin İdlib mövzusunda verdikləri sualı cavablandırarkən deyib.

R.Ərdoğan Suriyanın şimalında 450 kilometrlik ərazidə təhlükəsiz bölgə yaratmaq tələblərində israrlı olduqlarını bir daha vurğulayıb.

Prezident BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin İdlibdə atəşkəslə bağlı məsələyə veto qoyacaqları barədə səslənə fikirlərə də münasibət bildirib. Dediyinə görə, "Ankara zirvəsi"ndə Rusiya və İran prezidentləri ilə İdliblə bağlı müzakirələr atəşkəs rejiminin tətbiqilə bağlı olub və bu səbəbdən də Ankara razılaşmasının pozulacağına ümid etmir: "“Ankara zirvəsi"ndə gəldiyimiz nəticələrin əleyhinə hansısa hərəkət ediləcəyini düşünmürəm. ABŞ da daxil olmaqla Çinin də zirvə görüşümüzə zidd mövqedə olacağını ehtimal etmirəm".

Sevil Ünal Hilalqızı




Ana səhifəyə qayıt        Baxış: 323          Tarix: 21-09-2019, 20:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma