Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışı zamanı ABŞ-ın ölkəsini aldatmaqla məşğul olduğunu bildirib. Belə ki, Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik bölgəsi yaratmaq niyyətini elan etdikdən sonra ABŞ-ın buna etiraz etməsi dövlətlər arasındakl gərginliyi bir qədər də artırdı”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, Türkiyənin təzyiqlər qarşısında geri çəkilməyəcəyini görən ABŞ Ankaraya təhlükəsizlik zolağının birgə qurulması təklifini verib:

“Qənaətimə görə, Türkiyə Suriya müharibəsində ən çox zərərçəkən ölkə olub. 2011-ci ildə müharibənin başlamasından bəri Suriyadan qaçqın düşən insanlar Türkiyəyə üz tuturlar. Bu gün Türkiyədə 3.5 milyona yaxın suriyalı qaçqın yaşayır. Türkiyənin qaçqınlara ev sahibliyi etməsinə parelel olaraq, ABŞ-la yaşanan gərginlik və qaçqınlar üçün büdcədən pulların ayrılması ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi.

Digər yandan isə təlükəsizlik zolağının qurulması və terrorçuların sərhədlərdən uzaqlaşdırılması ilə bağlı Türkiyənin ABŞ-a verdiyi 1 ay vaxt bitdi. ABŞ isə Menbiçdə oynadığı oyunları indi də təhlükəsizlik zolağının qurulması üçün nəzərdə tutulmuş bölgədə oynayır. Hesab edirəm ki, ABŞ-ın bu gedişləri Türkiyənin zaman itirməsinə hesablanıb. Görünən budur ki, Ərdoğanın ABŞ-a verdiyi bəyanatlar qarşı tərəfdən ciddi qarşılanmayıb. Ərdoğan son çıxışında itirəcəyi vaxtının olmadığını dedi, suriyalıların öz ölkələrinə qayıtmasının vacibliyinə diqqət çəkdi”.

Ramiyə Məmmədova Türkiyənin gözlənilməz həmlə edə biləcəyini istisna etməyib və türk liderin bu sözlərinə toxunub: “Ərdoğan cıxışının sonunda Türkiyə ilə oyun oynayanlara da diqqət çəkdi, bildirdi ki, oyun uzun çəksə, gözlənilmədən zərbə endirə bilər”.




Ana səhifəyə qayıt        Baxış: 421          Tarix: 2-10-2019, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma