Xəbər lenti

 

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Meqin Kelliyə müsahibə verib.

"NBC News" kanalında yayımlanan "Sunday night" verilişində iştirak edən Putin jurnalistin ABŞ prezidenti Donald Trampla bağlı suallarını cavablandırıb.

Rusiya lideri Trampa seçki kampaniyasında kömək etmədiyini, onun Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinlə görüşmədiyini bildirib. 

Qeyd edək ki, fevral ayında Maykl Flinin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşdüyü ortaya çıxmış və Tramp Flini vəzifəsindən azad etmək məcburiyyətində qalmışdı. Daha sonra Kislyakla Trampın görüşü və isti münasibətləri Rusiyanın ABŞ rəhbərliyi ilə yaxın əlaqələrini ortaya qoymuş, ölkənin daxili işlərinə müdaxiləsi məsələsi gündəmə gəlmişdi.

Putin isə bu iddiaları gülünc adlandırıb və jurnalistdən nə dediyini dərk edib-etmədiyini soruşub. /Qaynarinfo/




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 5-06-2017, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma