Rusiya prezidenti Vladimir Putin ABŞ iş adamlarından kömək istəyərək deyib:
"ABŞ ilə təkrar dialoq qurulmasına dəstək olun. Donald Tramp və komandasından dəstəyinizi əsirgəməyin”.
Ovqat.com xəbər verir ki, Sankt-Peterburqda keçirillən Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edən amerikalı iş adamlarıyla görüşən Putin şıxışıında belə deyib.
O, çıxışında iki ölkə arasındakı ticari əlaqələr mövzusunu da gündəmə gətirib. ABŞ və Rusiya arasındakı problemlərin həlli üçün iş adamlarının göstərəcəyi təşəbbüsə ehtiyac duyulduğuna eyham vuran Putinin fikrincə, bu təşəbbüs başlanacağı umulan siyasi dialoqun sığortası ola bilər:
“Rusiya və ABŞ arasında ticari əməkdaşlıq səviyyəsi hazırda yaxşı nöqtədir. İqtisadi əlaqələrin sabit qalaması siyasətdə yaşanan və yaşanacaq gərginliklərinın sığortası vəzifəsini həyata keçirir. Odur ki, siz də bizdən bu istiqamətdə dəstəyinizi əsirgəyin, xüsusilə də yeni seçilmiş prezidentinizə arxa durun”.
Paylaş: