Xəbər lenti

 

Rəsmi Ottava YPG/PKK terror təşkilatının lideri Məzlum Kobaninin (Fərhad Əbdi Şahin) Kanadaya mükafat verilməsi üçün dəvət edilməsinə münasibət bildirib.

Kanada Müdafiə Nazirliyindən verilən açıqlamada bu barədə yayılan məlumatlar təkzib edilib.

Nazirlikdən başqa, Kanadanın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda da bu informasiyanın həqiqəti əks etdirmədiyi bildirilib.

PKK terror təşkilatına bağlı Suriya Demokratik Qüvvələrinin komandanı Məzlum Kobaninin Kanadaya dəvət edilməsi iddia edilib.

Məlumata görə, terror təşkilatının lideri bu ölkəyə “peşəkar döyüşçü” mükafatının verilməsi üçün çağırılıb.\\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 31-10-2019, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma