Xəbər lenti
Dünən, 19:25

 

Ter Arutunyan, daha populyar şəkildə desək - Qaregin Nijde.

Torpağa gömülüb, palçıqdan abidəsi ucaldılan erməni ötən əsrin ortalarında həyata keçirtdiyi qaniçənlikləri ilə şöhrətlənib.

Buna qara məşhurluq deyirlər, müqayisə üçün meyxanaçılarımız illər öncəki kupletlərinin birindəki "məşhur adam ..... Ziba", yaxud Monika Belluçinin yaratdığı Malena obrazı, ya da ki, elə Nijde tayfasının qızı Kim Kardaşyan!

Hamı faşizm üzərində qələbəni bayram etmək üçün savaşa atıldığı vaxtda Nijdegil, yəni bir qrup ermənilər terrorun zəfəri naminə döyüşürdülər. Tarixə nəzər salsaq, görərik bu Qaragün, daha doğrusu Qaregin ruslarla vuruşub - həm onların sıralarında, həm də onlara qarşı!

Bəlkə də buna görə ermənilər bilmir onlar katolikdi, yoxsa pravoslav!

Əslində onların dini yox, məzhəbi yox, tarixləri nağıldır.

Heç dövlətləri də olmalı deyildi ki, işğalları da olmasın. Nə isə, bu başqa mövzudu.

Terin Terroru ilə Paşinyanın "error"un bağlayaq.

Gündəmi, siyasəti izləyən hər kəs Paşinyanın sərsəm bəyənatlarına öyrəşib. Di gəl ki, diqqət etsək, bu boşboğazlıqlar, məntiqsiz çıxışlar, ləpirsiz addımların sayı artıb. Zatən Azərbaycanın inkişafı fonunda Paşinyanın ermənilərin yanındakı nüfuzu ölürdü, beynəlxalq imici iməkləyirdi.

Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və ! " , daha sonra terror əbədiləşdirən erməni hakimiyyətini Aşqabadda tənqid etməsi Paşinyanın 5-6 meqabaytlıq beynini errora məruz qoydu. Bu pozğunluq isə, bəzi durğunluqlara yol açır. Söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən gedir.

Əgər işğal olunmuş torpaqlarımızın qaytarılmasını şimal qonşularımızla həll edə bilsək, Ermənistanda ola biləcək çevrilişdən narahat olmayaq. İşlər hakimiyyət dəyişikliyinə qalsa, təzə "yan"larla görüşlər, yeni prinsiplərin vaxt uzatmağı Bakıya savaşdan başqa variant saxlamayacaq.




Ana səhifəyə qayıt        Baxış: 312          Tarix: 7-12-2019, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma