Xəbər lenti

 

Fransanın Loire bölgəsindəki Qrell şəhərinin meri İzabell Dujel, sakinlərə həftə sonları və tətil günlərində evdə ölmələrini qadağan edən sərəncam imzalayıb.

Sərəncam cəmiyyətdə həkim çatışmazlığına diqqəti cəlb etmək üçün imzalanıb.

Dujel problemin həddindən artıq mütəxəssis çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayıb. O, qeyd edib ki, mövcud problem qısa müddət ərzində həll olunmalıdır.

“CNews” telekanalı qeyd edir ki, mer keçən bazar günü kommuna sakinlərindən birinin ölümünü təsdiqləyəcək həkim tapa bilmədiyindən sonra bu barədə sərəncam imzalayıb.

Belə ki, ölümün səbəbini təyin etmək üçün müraciət edilən həkim növbədə olub, təcili yardım briqadası isə mütəxəssis çatışmazlığından əziyyət çəkən digər kommunaya aid olub. Axtarışlardan sonra lazım olan həkimi qonşu rayondan tapmaq mümkün olub.

Mer eyni vəziyyətin təkrarlanmaması və problemə diqqət çəkmək üçün müvafiq sərəncam qəbul edib. \\Report




Ana səhifəyə qayıt        Baxış: 197          Tarix: 7-12-2019, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma