Sürətlə hər yerə yayılmaqda olan Çinin qarşısını Afrikada kəsmək və bu qitədə Putinin keçmiş Sovet müstəmləkələri hesab edilən ölkələrdə əldən verdiyi mövqeləri qaytarmaq üçün Rusiya yaxşı tanıdığı bir sahəyə belə desək “stavka edir” – silah sahəsinə.
1. Tarixi ittifaqlar və kommunizm irsi
Bu il 24-26 oktyabr tarixlərində 43 Afrika lideri Vladimir Putini Soçidə təşkil etdiyi ziyafətdə qonaq oldu. Orada ümumi fotoşəkil, əl sıxma və qucaqlaşmayla müşayiət olunan Fransa-Afrika sammitlərinin rus versiyası baş tutdu. Fransa XİN bu tədbirə qarşı açıqca narazılığını bildirməkdən çəkinmədi. Çünki, bir vaxtlar Afrikada bir sıra müstəmləkə ölkələrə malik olan Fransanı Rusiya indi qabaqlamağa çalışır və bu ölklərlə daha sıx əlaqələr qurmaqla Fransanın yerinə “göz dikirdi”. Açılış nitqində prezident Putin niyyətlərini gizlətmədi: Rusiya Afrika ilə münasibətləri möhkəmləndirmək istəyir. Həqiqətdə bu bir görünüş deyil, daha çox “geri dönüş”dür. Soyuq Müharibə dövründə Afrikada SSRİ ilə birgə müstəmləkəçiliyə qarşı mübarizə və marksizm-leninizm müstəvisində birləşən bir çox "dost ölkələr" var idi: Efiopiya, Mozambik, Tanzaniya, Anqola və s. Bütün bu dövlətlərdə Moskva hələ də rusdilli tərəfdaşlar tapa bilər.
SSRİ üçün nostalgiya keçirən keçmiş KQB zabiti Vladimir Putin bununla (həm Orta Şərqdə, həm Suriyada) tarixi əlaqələri bərpa etməyə və ABŞ-ın tərk etdiyi boşluğu doldurmağa çalışır (Somalidəki hadisələrdən sonra qitədə deyillər).
Digər daha vacib məqsəd: Çinin Afrikadakı yayılması və irəliləməsinə mane olmaq və qarşısını almaq.
2. Silah və döyüşçülər
Rusiya Prezidenti yaxşı şahmatçı kimi davrandı: səbirli və metodik. O, hücuma Əlcəzair və Misirdən başladı. Xüsusilə, beynəlxalq birliyin mövqeyinə əks olaraq Misir diktatoru Əs-Sisini dərhal dəstəklədi.
Moskvanın təsir siyasəti üç oxa əsaslanır: 1. köhnə borcların ləğvi; 2. Silah sazişlərinin imzalanması (bu günə qədər onlarla Afrika tərəfdaşı ilə); 3. səxavətli silah təchizatı (cəmi 3,5 milyard avro).
Saharadan cənubdakı Afrika ölkələrinə gedən silahların üçdə biri artıq Rusiya silahıdır. Ancaq Moskvanın silah arsenalı yalnız yaxşı köhnə Kalaşnikov avtomatları ilə məhdudlaşmır. Uqanda, Anqola, Mozambik, Nigeriya və Efiopiyaya tank əleyhinə raketlərdən tutmuş hərbi helikopterlərə və zirehli texnikaya qədər - müxtəlif silahlar verilir. Rəsmi əməkdaşlıqdan başqa Moskva Kremlə yaxın olan Vaqner muzdlu ordusu ilə də Afrikada varlığını saxlayır. Muzdlular Mərkəzi Afrika Respublikasında və Liviyada üsyançı Haftarın tərəfində fəaliyyət göstərirlər.
3. Ticarət və təbii sərvətlər
Rusiya təhlükəsizliyə daha çox əhəmiyyət verir, çünki məhz bu sahədə "əlavə dəyər" daha çox nəzərə çarpır. O dərəcədə ki, Rusiya artıq Fransanın Saheldəki maraqlarını təhdid edir. Soçidə keçirilən sammitdə Vladimir Putin ölkəsinin bölgədə terrorla mübarizə səylərini dəstəkləmək niyyətini açıq şəkildə etiraf etdi. Bu sözləri, əhali arasında anti-fransız yönümü ilə tanınan, Malinin “fürsətçi” prezidenti İbrahim Bubakar Keyta alqışladı: "Belə bir yardımın daha düşünülmüş və yerinə düşmüş olmaq ehtimalı var".
Hər halda, uzunmüddətli perspektivdə Kreml Afrika ilə ticarəti ən azı “ikiqatına” çıxarmağı hədəfləyir. Hal - hazırda ticarət mübadiləsi cəmi 20 milyard dollardır (müqayisə üçün: Çin ilə 200 milyard, Fransa ilə 50 milyard). Bu boşluğu doldurmaq lazımdır. Təbii ki, hələlik diqqət təbii ehtiyatlara (Mərkəzi Afrika almazları və ya Liviya karbohidrogenləri) yönəldilir, lakin Rusiya infrastruktur (dəmir yolu), enerji və kənd təsərrüfatı təchizatını genişləndirmək niyyətindədir. Yəni, klassik müharibədən sonra ticarətin vaxt gəlir.
Muxalifet.az
Paylaş: