Xəbər lenti

 

Səlahiyyətindən sui-istifadə etməkdə günahlandırılan ABŞ Prezidenti Donald Tramp bu gün keçiriləcək impiçment proseduru üzrə səsvermədən öncə kritik açıqlama ilə çıxış edib.

Tramp özünün Tvitter hesabında ona ziyan vurmaq istədiklərini qeyd edib.

"Onların müvafiq araşdırma aparmaq niyyəti yox idi. Heç bir səhv tapmadılar. Elədikləri yeganə şey Ağ Evə gələn cənabın rahat nəfəs almasına icazə verməmək idi. Yeganə istədikləri şey impiçmentdir. Buna seçildiyi gündən, hətta andiçmə mərasimindən sonra başladılar. Lakin bu prezident Vaşinqtona gəldi və dedi ki, Vaşinqtonu təmizləyəcəyəm, insanlara yardım edəcəyəm. Ona qəzəblidirlər, çünki nə dedisə elədi. Tarix yazılacaq, ən yaxşı vaxtlardan birini yaşayırıq", - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı qətnamə bu gün axşam saatlarında Konqresin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 327          Tarix: 18-12-2019, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma