
İraqın Baş naziri Adil Əbdülmehdi, Parlamentin rəisi Məhəmməd əl-Həlbusi və İraqın Xarici İşlər naziri Məhəmməd Əli əlHəkimlə bir neçə dəfə danışmışam.
Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, İraq rəsmilərinin və xalqının son istəyinin iranlıların ölkədən çıxması olduğunu bildirib:.
«Onların aydın açıqlamalarını gördüm. Bu rəsmilərlə xüsusi danışıq zamanı onların mövqeləri ilə tanış oluram. Hesab edirəm ki, İraq rəsmilərinin çalışdığı və İraq millətinin son istəyi iranlıların bu ölkədən çıxmasıdır».
Xatırladaq ki, yanvarın 3-ü səhər saatlarında ABŞ-ın Bağdad Hava limanına hava hücumu əməliyyatında SEPAH-ın Qüds korpusunun komandiri Qasım Süleymani və Həşd Şəbi qrupunun rəis müavini Əbu Məhdi əl-Muhəndisini aparan maşına raket zərbəsi endirilib. Nəticədə adları çəkilən hər iki şəxs İrana bağlı bir neçə nəfərlə birlikdə öldürülüblər.
Paylaş: