Ticarət razılaşmasının ikinci mərhələsi üzrə Birləşmiş Ştatlar və Çin arasında danışıqlar artıq başlayıb.
Bu barədə “Fox Business Network” müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
“Biz artıq sazişin ikinci mərhələsi üzrə müzakirələrə başladıq”, – o, deyib. Lakin ABŞ-ın vitse-prezidenti təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, bir gün əvvəl – yanvarın 15-də Donald Tramp və Lyu Xe ABŞ və Çin arasında ticarət mübahisəsinin nizama salınmasının birinci mərhələsi haqqında razılaşmanı imzalayıblar. Dövlət Departamentində bu hadisə ABŞ-ın böyük qələbəsi adlandırılıb.
Razılaşma Pekinin iki il ərzində ABŞ-ın minimum 200 milyard dollar mallarının idxalını artıracaq. KİV-in məlumatına görə, buna əvəz olaraq ABŞ Çin barəsində əlavə məhdudiyyətlər tətbiq etməyəcək.
Daha əvvəl Ağ Evin Milli İqtisadi Şurasının başçısı Lourens Kudlou bildirib ki, ABŞ Pekinin ölkələr arasında ticarət razılaşmasının birinci mərhələsində qeyd edilmiş öhdəliklərə tərəfdar olmasına əmin olmaq üçün Çindən idxal edilən bir sıra mallara rüsumları saxlayacaq.
Report
Paylaş: