Xəbər lenti

 

Krım Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Eyvaz Umerov Krıma yürüş təşəbbüskarlarını düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb.

Axar.az xəbər verir ki, Umerov bunu RİA-ya müsahibəsində deyib.

“Bu aksiyanın kütləvilik qazanacağını güman etmirəm. Ukraynada Krım Tatar Məclisi siyasətinin tamamilə uğursuzluğu və dağılması onun funksionerlərini fəaliyyətlərini radikallaşdırmağa məcbur edir. Ukraynadakı siyasətçilərin necə olacağını bilmirəm, yəqin ki, yürüşün ön sıralarında olmayacaqlar. Amma kimsə bu təxribata getsə, xatırlatmaq istərdim ki, Rusiya Federasiyasının suveren sərhədini pozmağa yönəlmiş hər hansı bir addım həbslə dayandırılacaq”, - Umerov bildirib.

Qeyd edək ki, Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov Ukrayna kanalına açıqlamasında onun tərəfdarlarının mayın 2-də Krım sərhədindəki “Çonqar” keçid məntəqəsini keçmək niyyətində olduqlarını bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 601          Tarix: 23-01-2020, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma