Xəbər lenti

 Krım Tatar Məclisinin liderləri Axtem Çiygöz və İlmi Umerov istəsələr, Krıma qayıda bilərlər, ancaq qanunlara tabe olmaq məcburiyyətindədirlər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının millət vəkili Ruslan Balbek çıxış edib.

"Çiygöz və Umerov dövlət liderinin azad etdiyi şəxslər kimi Krıma qayıda bilərlər. Bununla bərabər şikayət ərizələrini geri götürmələri cinayətlərini qəbul etdiklərini göstərir. Çiygöz və Umerov Krımda qanunlara riayət edən adi vətəndaşlar kimi yaşaya bilərlər. Həmçinin bildiyimə görə, Çiygöz Baxçasaray rayonunda Rusiya pasportunu alan ilk şəxslərdən biridir. Bu azadlıq döyüşçülərini bir nəfərin iki dəfə eyni yerdən vurulmadığı barədə xəbərdar etmək istəyirəm. Əgər cəmiyyət əleyhinə fəaliyyətlərinə davam edərlərsə, ikinci amnistiya olmayacaq", - Balbek qeyd edib.

Qeyd edək ki, Çiygöz və Umerov dünən Krımda həbsdən azad edilərək, Türkiyəyə göndəriliblər. Onları Ərdoğanın xahişi ilə Putinin əfv etdiyi haqda Mustafa Cəmilov məlumat vermişdi. Poroşenko da dolayısı ilə bunu təsdiqləyib.

Ancaq Rusiya Dövlət Dumasının üzvü Ruslan Balbek Çiygöz və Umerovun Krım müftisi Əmirəli Ablayevin xahişi ilə əfv edildiyini açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 694          Tarix: 27-10-2017, 06:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma