Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın millət vəkilləri ilə görüşündə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Mustafa Ataşla dialoqu gündəm olub.

Teleqraf.com xəbər verir ki, prezident deputatla İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu haqda danışıb.

Görüş mətbuata qapalı keçirilsə də, müzakirə olunan bəzi məsələlər mediaya sızdırılıb.

“Hürriyət” qəzetinin məlumatına görə, toplantıda Mustafa Ataş Ərdoğana İmamoğlunun adını tez-tez çəkdiyini bildirib.

Türkiyə prezidentinə xitab edən deputat deyib:

“Açıqlamalarınızda İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun adını çox çəkirsiniz. Imamoğluna cavab verməyin”.

Ərdoğanın Mustafa Ataşa cavabı belə olub:

“Nə vaxt adını çəkmişəm, nə vaxt onun adını ağzıma almışam?”.

Ərdoğanın cavabından sonra yenidən çıxış edən Ataş “Kanal İstanbul” layihəsi ətrafında yaşanan spekuliyasiyaları xatırladıb.

Bundan sonra prezident deputata “Bu layihənin patenti məndədir. Onunla bağlı açıqlama verməyəcəyəm, bəs nə barədə danışacağam?”, deyib.




Ana səhifəyə qayıt        Baxış: 527          Tarix: 7-02-2020, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma