Xəbər lenti

 

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Məlumatda deyilir: "Uğurlu əməliyyat nəticəsində Fırat Qalxanı əməliyyatı ərazisinə hücum etməyə hazırlaşdığı bilinən 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib".

Qeyd edək ki, ötən ilin 9 oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni bir hərbi əməliyyatın başlandığını elan etmişdi.

Onun sözlərinə görə, Suriyanın şimalında yeni antiterror əməliyyatı "Sülh bulağı" (Barış Pınarı) adı altında həyata keçirilir.

24 Avqust 2016-cı ildə Türkiyə Silahlı Qüvvələri "İslam Dövlətinin" silahlılarına qarşı Fırat Qalxanı əməliyyatına başlayıb və Suriya müxalifətinin dəstəyi ilə Suriyanın şimalındakı sərhəd bölgəsi olan Carablus şəhərini, eləcə də Əl Bab şəhərini azad ediblər. \\Trend




Ana səhifəyə qayıt        Baxış: 1 349          Tarix: 9-03-2020, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma