Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Vətənpərvər biznesmen yalnız mal-qaranın təyyarə ilə daşınmasına 8 mln. dollar pul xərcləyəcək…
Qatarlı iş adamı Mutaz əl-Həyat 4 min inək aldı.
Moderator.az xarici İslam saytlarına istinadla yazır ki, biznesmenin bundan məqsədi ölkəni son blokada ilə bağlı yaranmış süd qıtlığından xilas etməkdir. ABŞ və Avstraliyadan alınmış mal-qara bu yaxınlarda müsəlman dövlətinə çatdırılacaq. İnəklərin Qətərə çatdırılması üçün, ən azı, 60 təyyarə reysi gərək olacaq. Əsl müsəlmana layiq olan haldır ki, Mutaz əl-Həyat inəklərə nə qədər vəsait xərclədiyini açıqlamayıb. Ancaq qətərli iş adamının yalnız heyvanların təyyarə ilə çatdırılması üçün, azı, 8 mln. dollar ödəyəcəyi bəlli olub.
Vətənpərvər biznesmenin bu fədakarlığı sayəsində artıq iyun ayının sonunda Qətərdə süd istehsalına başlanılacaq. Yayın ortasında isə ölkənin süd və süd məhsullarına olan tələbatının üçdə birinin ödənəcəyi gözlənilir.
Qeyd edək ki, Qətərin, demək olar ki, bütün ərazisi səhralardan ibarət olduğundan burada kənd təsərrüfatı praktiki olaraq inkişaf etməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar