Xəbər lenti


I Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə xüsusi seçilən və bu gün Ermənistanda işğal siyasətinin qatı tərəfdarı kimi çıxış edən “Komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan İrəvanın əraziləri Azərbycana qaytarmaq istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, “lragir” saytına müsahibə verən “Komandos” ənənəvi qaydada Azərbaycanı təhdid edib və erməni ordusunun ciddi zərbələr vuracağı haqda absurd iddialar səsləndirib. Lakin o, həm də maraqlı etiraflarla çıxış edib: “Belə söhbətlər var ki, biz əraziləri təhvil verəcəyik. Əslində, bunu Minsk qrupu da, Rusiya da istəyir. Lakin bu, bizim sonumuz deməkdir. Çünki əvvəlcə bir rayonu, daha sonra bütün Qarabağı qaytaracağıq. Yəni “domino effekti” yaranacaq, sonda isə Ermənistan yox olacaq”.

Həmçinin, qeyd edib ki, İrəvanda əraziləri qaytarmaq istəyənlər var.

“Konkret şəxslər var ki, Qarabağın qaytarılmasını istəyirlər. Bu şəxslər siyasətçilər və diplomatlar arasındadır. Onlar sülh istəyir”, - deyən erməni general sülhə qarşı çıxıb.

Onun fikirlərini şərh edən erməni ekspertlər də rəsmi İrəvanın əraziləri qaytarmaq planına razılaşdığını hesab edirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 118          Tarix: 16-06-2017, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma