Xəbər lenti

 ABŞ-ın yeni sanksiyalar paketi Rusiyanın dövlət korporasiyalarının müflis olmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı ekspert Slava Rabinoviç söyləyib.

“Biz saray çevrilişinin ərəfəsindəyik. Əgər bu olmasa, mən təəccüblənəcəyəm. Yeni Amerika sanksiyaları Rusiya malları üçün Qərb alıcılarına qabaqcadan ödənişi qadağan edir. “Qazprom”la “Rosneft” Rusiya büdcəsiylə birgə nəzərdə tutulandan daha tez müflis olacaqlar.

Dərin sularda, Arktika sahillərində neft hasilatı və kəşfiyyatı üçün texnologiya verilişi dayandırılacaq. Bu sanksiylar bütün Rusiya neft-qaz şirkətlərinə aid ediləcək. Seçinlər və Millerlər buna heç nə deməyəcək, amma Vahid Ələkbərov bundan çox da şad olmayacaq. Ələkbərovların da Rusiyada söz haqqı var. Sizi inandırıram ki, bu söz kifayət qədər sanballıdır.

Texnoloji kollaps və bahalı kapital sonda hasilatın, satışın, valyuta və büdcə daxilolmalarının həcmini dağıdacaq”.




Ana səhifəyə qayıt        Baxış: 669          Tarix: 17-06-2017, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma