Xəbər lenti


ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Mark Esperi vəzifəsindən azad edib.
 
Modern.az-ın məlumatına görə, bu barədə Tramp özünün tvitter hesabında yazıb. 
 
Prezident bildirib ki, Pentaqon rəhbərinin vəzifələrini Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kristofer Miller icra edəcək:
 "Milli Terrorla Mübarizə Mərkəzinin direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən) kristofer Millerin bundan sonra müdafiə naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunluq duyuram. Kris çox yaxşı iş görəcək! Mark Esper kənarlaşdırıldı. Xidmətinə görə ona təşəkkür etmək istəyirəm”. 



Ana səhifəyə qayıt        Baxış: 1 886          Tarix: 9-11-2020, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma