Xəbər lenti
 
 
Belçika parlamenti Çinin uyğur türklərinə etdiyi zülmü 'soyqırım' kimi tanıya bilər.
 
Ovqat.com xəbər verir ki, artıq bu barədə qanun layihəsi hazırlanıb və parlamentə təqdim edilib.
 
Layihənin həmmüəlliflərindən olan Samuel Cogolati mətbuata verdiyi açıqlamada bildirib:
 
“1 milyondan çox uyğur həbs olundu, onlara sözdə yenidən təhsil düşərgələrində işgəncə verildi. Qadınlara təcavüz edildi, bəziləri zorla qısırlaşdırıldı, uşaqlar ailələrindən alınıb xüsusi insan yetişdirmə məntəqələrinə verildi. Bu barədə dəlillər getdikcə artır və həmin dəhşətə “soyqırım” adı verməyin vaxtı çatıb".
 
Qanun layihəsi qəbul edilsə, Belçika ABŞ-dan sonra uyğurlara qarşı zülmü soyqırım kimi tanıyan ikinci dövlət olacaq. 
 
Cogolati Avropa İttifaqını Çinlə investisiya müqaviləsi bağlayarkən insan haqları pozuntularını nəzərə almağa çağırıb: "Belçika və Avropanın mesajları açıq olmalıdır. Çin beynəlxalq məcburi əmək standartlarını qəbul etməyincə onunla heç bir saziş bağlana bilməz”.
 
Qanun layihəsinin önümüzdəki həftələrdə müzakirəyə çıxarılacağı gözlənilir.
 


Ana səhifəyə qayıt        Baxış: 2 702          Tarix: 13-02-2021, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma