Xəbər lenti

 
Yunanıstanla Misir arasında bağlanan Şərqi Aralıq dənizində qanunsuz Müstəsna İqtisadi Zona müqaviləsi ətrafında mübahisələr davam edir. İddiaya görə, Misir Ankaranın qəbul etmədiyi müqavilədən geri çəkilib. 
 
 
Ovqat.com Türkiyənin “Haber7” kanalına istinadən bildirir ki, Misirin qərarından sonra Yunanıstan panikaya düşüb.
 
Məlumata görə, Afina Qahirəyə təzyiq göstərsə də, onu qərarından çəkindirə bilməyib. 
 
“Şərqi Aralıq dənizindəki Qahirə-Afina mübahisəsinə yunan mətbuatı geniş yer ayırıb. Mövzu ilə əlaqədar “The Indicator” xəbər portalı, "Misir, Şərqi Aralıq dənizində Türkiyə ilə danışıqlar aparır" sərlövhəli xəbəri manşetə çıxarıb. Başqa bir yunan xəbər saytı isə Misirin yunanların mənafelərinə zərər vuraraq dəniz hegemoniyasının məhdudlaşdırılması məsələsində Türkiyə ilə razılaşma əldə etdiyini oxucularına çatdırıb”, - “Haber7” belə yazır.
 
Xatırladaq ki, Türkiyə BMT-na müraciət edərək, Misirlə Yunanıstan arasında bağlanmış müqavilədə göstərilən ərazilərin öz kontinental şelf sərhədinə daxil olunduğunu bildirmişdi. 


Ana səhifəyə qayıt        Baxış: 5 575          Tarix: 3-03-2021, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma