Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, ikitərəfli münasibətlərdən danışan Baş nazir Paşinyan ABŞ-ın Ermənistana verdiyi davamlı dəstəyi və ABŞ-ın ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib.
Tərəflər II Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyətə toxunublar. ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Nikol Paşinyan ABŞ-ın dövlət katibinin diqqətini Azərbaycan tərəfində saxlanılan hərbi əsirlərin (diversantları nəzərdə tutub-red.) dərhal qaytarılması məsələsinə cəlb edib.
Dövlət katibi isə bu kontekstdə Amerika tərəfinin Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyinə önəm verdiyini vurğulayıb və münaqişənin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib.
ABŞ dövlət katibi Ermənistanla tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanın demokratiya sahəsində qazandığı uğurları yüksək qiymətləndirib və Birləşmiş Ştatların Ermənistana islahatlar aparmaqda kömək edəcəyini bildirib.
Ermənistanda qanunun aliliyinin gücləndirilməsində, korrupsiyaya qarşı mübarizədə, ədliyyə sistemində və polisdə islahatların aparılmasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar