Xəbər lenti
Bu gün, 23:16
Bu gün, 21:43
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
Rusiya işğal etdiyi Ukrayna ərazilərinə hərbi texnikalarını göndərdiyi kimi, ABŞ da Ukraynanı silahlandırır.
Ovqat.com-un məlumatına görə, martın 24-də ABŞ-ın quru yük gəmisi “Ocean Glory” Ukraynanın Odessa limanına 350 ton müxtəlif hərbi texnika və avadanlıq gətirib.
Hərbi texnikalar arasında 35 ədəd HMMWV (Humvee) zirehli avtomobili də olub. Texnikaların boşaldılması bu günə qədər davam edib. Gəminin Cənubi Karolina ştatının Çarleston limanından yük gətirdiyi bildirilir.
İddialara görə, bu nəql hadisəsi ABŞ-dan Ukraynaya göndərilən ilk silah transferi deyil. Təkcə bu ilin ilk 3 ayı ərzində ABŞ-dan Ukraynaya ən azı 3 gəmi dolusu silah göndərilib. Yanvar ayında göndərilən hərbi yüklər arasında 20 ədəd HMMWV zirehli texnikası, 84 hərbi qayıq olub. Zirehli avtomobillər Ukrayna Quru Qoşunlarına, qayıqlar isə Ukrayna Dəniz qüvvələrinə təhvil verilmişdi.
Adı ingiliscə Yüksək Hərəkət Qabiliyyətli Çoxməqsədli Nəqliyyat Vasitəsi (High Mobility Multipurpose Wheeled Vehicle) söz birləşməsinin abbreviaturasından əmələ gələn HMMWV zirehli texnikası əsasən pulemyotlar və qumbaraatanların quraşdırılması üçün nəzərdə tutulur. Bununla yanaşı ona ən müxtəlif silahlar da quraşmaq olar.
Rus hərbi dairələrinin iddialarına inansaq, 2001-ci ildən bəri, ABŞ Ukraynaya yüzdən çox HMMWV zirehli maşın göndərib.
Pentaqon Ukraynaya yalnız texnika göndərməklə qalmır, həm də öz hərbi qüvvələrini bu ölkədə hər cür sürprizlərə hazır vəziyyətə gətirib. Ötən ilin sentyabr ayının 14-də Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının Facebook səhifəsində yaydığı məlumata görə, ABŞ-ın B-52N tipli bombardmançı təyyarələri Qara dəniz sahili rayonunda Ukrayna Silahlı Qüvvələrinin qırıcıları ilə birgə müntəzəm patrul xidməti keçirməyə qərar vermişdi. Kiyev bu uçuşların məqsədinin "Rusiyanın qarşısını almaq" və "Azov və Qara dənizlərin Rusiyanın daxili göllərinə çevrilməsinə yol verməmək" olduğunu bildirmişdi. Bundan öncə sentyabr ayının əvvəllərində Ukrayna Müdafiə Nazirliyi öz rəsmi səhifələrində ilk dəfə ABŞ-ın strateji bombardmançısı B-52-lərin ölkə ərazisində Krıma qədər uçuşunun videosunu yerləşdirmişdi. Ukrayna HHQ Komandanlığının rəsmi nümayəndəsi Yuri İqnat bombardmançıların Ukrayna Su-27 və MiQ-29 təyyarələrinin müşayiətilə uçduğunu bəyan etmişdi.
ABŞ hərbi donanmasına aid gəmilər də tez-tez Qara dənizə gəlir, Montrö müqaviləsinin imkan verdiyi müddətcə orada qalır, sonra bölgəni tərk edib, bir neçə günə yenidən qayıdır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar