Xəbər lenti


Ukrayna sərnişin təyyarəsinin vurulmasında İranda ittiham edildiyi iddia edilən on İran rəsmisinin birinin adını belə bilmir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin deyib.

"Biz onsuz da dəfələrlə İran KİV-lərindən təsdiqlənməyən bəzi məlumat sızıntısını eşidirik. İran tərəfini həm texniki istintaq, həm də istintaqa cəlb olunan şəxslərin cinayət təqibi istiqamətində daha çox şəffaflığa çağırmışıq", - Yenin söyləyib.

Qeyd edək ki, Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boinq 737-800 təyyarəsi 8 yanvar 2020-ci il tarixində Tehran hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. Qəza nəticəsində İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olmaqla 176 nəfər ölüb.

İran hərbçiləri Ukraynaya məxsus “Boinq”in təsadüfən vurulduğunu açıqlayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 917          Tarix: 7-04-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma