Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Yunanıstanın təxribatçı cəhdi - Fransa tədqiqat gəmisinin yunan döyüş gəmisinin müşayiəti altında Türkiyənin kontinental şelfində elmi araşdırma aparmağa icazə cəhdi ötən həftə Türkiyə donanması tərəfindən önlənib.
Bu barədə aprelin 19-da Türkiyənin «Hurriyet Daily News» nəşri yazıb.
Aprelin 15-də, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Ankarada öz həmkarı Mövlud Çavuşoğlu ilə danışıq aparan zaman Afina üçgünlük NAVTEX (hərbi-dəniz təlimli keçirmək və ya Dünya okeanının konkret rayonunda başqa fəallıq göstərmək - Red.) elan edib və məlumat verib ki, Fransanın “L*Atlante” gəmisi Krit adasının cənub sularında və Rodos adasının yaxınlığında (Aralıq dənizinin şərq hissəsi) tədqiqat aparacaq.
Özünün əlüstü cavabında Ankara kontr-NAVTEX elan edib və göstərib ki, həmin rayon Türkiyə kontinental şelfinin bir hissəsidir və Afina burada naviqasiya işləri aparmaq üçün səlahiyyət sahibi deyil. Buna baxmayaraq, aprelin 17-də Fransa gəmisi Yunanıstanın “Filli” freqatının müşayiəti altında Türkiyənin kontinental şelfinə daxil olub.
Yunanıstan KİV-nin xəbər verdiyi kimi, bu rayonda olan Türkiyənin iki döyüş gəmisi yunan freqatını və fransız gəmisini ərazini tərk etəyə çağırıb. Fransa gəmisi bildirib ki, guya o, beynəlxalq sularda üzür və onlara burada üzmək üçün icazə almaq lazım deyil. Qarşıdurma uzun sürməyib, nədən ki, yunan və fransız gəmiləri mübahisəli rayonu tərk ediblər. Fransa gəmisi isə kontinental şelfdən kənarda tədqiqat işini davam etdirib (Hurriyet Daily News).
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar