Xəbər lenti
Bu gün, 09:15
Dünən, 21:48
Dünən, 19:44
Dünən, 18:40
Dünən, 15:00
Dünən, 13:09
18-11-2025, 23:30
18-11-2025, 22:51
18-11-2025, 22:00
18-11-2025, 21:00
18-11-2025, 19:10
18-11-2025, 18:53
18-11-2025, 16:36
18-11-2025, 15:20
18-11-2025, 14:18
18-11-2025, 13:30

BMT Baş Katibi Antonio Guterres İsrail və Qəzza zolağındakı silahlıları atəşkəsə riayət etməyə çağırıb və tərəflərin bu istiqamətdə atacaqları addımları alqışlayıb.
Ovqat.com-un məlumatına görə, Guterres münaqişənin 11-ci qanlı gününün arxada qaldığını xatırladıb və qurbanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Məlumata görə, İsraillə Fələstin arasında davam edən 11 günlük müharibə nəticəsində indiyədək Qəzzada 65-i azyaşlı olmaqla 232 fələstinli ölüb. Təxminən 2000-ə yaxın insan yaralanıb. İsrail tərəfində isə 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
İsraillə Fələstin arasında atəşkəs əldə olunması üçün Misir və Qətərin vasitəçilik etdiyi bildirilir. İsrail tərəfi HƏMAS-la eyni masada oturmaq təklifindən imtina edib və danışıqları vasitəçilər üzərindən aparılmasına üstünlük verib. Bir çox müşahidəçilərə və siyasi liderlərə görə, bu, atəşkəs rejiminin qalıcılığını şübhə altında qoyur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























