Xəbər lenti


“Pentaqonda heç kim Rusiyanı ABŞ və NATO-nun "düşməni" adlandırmır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi müntəzəm brifinqdə jurnalistlərdən birinin NATO-nun "düşməni" adlandırdığı Serbiya və Rusiyanın hərbi mühəndislərinin yaxın vaxtlarda keçirəcəyi təlimləri şərh edərkən söyləyib.

"Pentaqonda heç kim Rusiyaya düşmən demir, siz bunu deyirsiz, Rusiya ilə bağlı belə bir ifadə istifadə edilmir”, deyə Kibri bildirib.

Sülh Naminə Tərəfdaşlıq proqramının üzvü olan Rusiya və Serbiyanın bigrə keçirəcəkləri təlimlərdən danışan Kirbi bu mövzuda təfərrüatlara sahib olmadığını deyib: “Bu iki müstəqil ölkənin təlimlərini, ikitərəfli münasibətlərini onların özlərinin müzakirə etmələrini istərdim. ABŞ Serbiyanın Sülh Naminə Tərəfdaşlıq proqramında iştirakını yüksək qiymətləndirir”.

Qeyd edək ki, Avropa Birliyinə rəsmi olaraq qoşulmaq istəyən Serbiya 2006-cı ildə hərbi bitərəfliyini elan edərək NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qatılıb. Qonşularının çoxunun NATO üzvü olmasına baxmayaraq, Serbiya rəhbərliyi Qərb hərbi ittifaqına üzv olmağa qarşıdır.



Ana səhifəyə qayıt        Baxış: 3 224          Tarix: 27-05-2021, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma