Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanan qalib gəlib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.
Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.
İranın hazırki prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etmir. Ekspertlər İranın ali lideri Əli Xaməneinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər.
***
İranda keçirilən prezident seçkilərində qalibin adı məlum olub.
Yerli KİV-n məlumatına görə, mühafizəkar namizəd İbrahim Rəisi seçkilərdə qalib gəlib. Seçkilərdə iştirak edən yeganə islahatçı namizəd Əbdülnasir Həmmati və digər namizəd Möhsün Rezai onu qələbə münasibətilə artıq təbrik ediblər.
Prezident Həsən Ruhani də xələfinin adının məlum olduğunu lakin adını açıqlamayacağını qeyd edib.
***
İranda prezident seçkilərində səsvermə yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə saat 01:30) rəsmən başa çatıb. Bu halda bəzi məntəqələrdə hələ seçicilər və məntəqə üzvləri işləməyə davam edirlər.
“Report” xarici mediaya istinadən xəbər verir ki, bu barədə seçkilərin keçirilməsi üzrə qərargah şənbə günü bildirib.
“Səsvermənin keçirilməsi sona çatdı. Hazırda səsvermə yalnız seçicilərin olduğu məntəqələrdə davam edir”, - gənc jurnalistlər klubu bildirib.
Səsvermə cümə günü yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30) başlanıb və saat 00:00-a (saat 23:30) qədər davam etməli idi, ancaq seçki məntəqələrinin işinin müddəti səsvermənin tam başa çatmamasına görə uzanıb.
Bu halda IRIB teleradioyayım şirkəti bildirib ki, seçki məntəqələrinin əksəriyyətində artıq iş qurtarıb, indi səslərin hesablanmasına başlanılıb.
Yerli vaxtla saat 02:00-a (Bakı vaxtı ilə saat 01:30) olan məlumata görə, seçkilərdə 28,4 milyon seçici iştirak edib. Ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 59,31 milyon nəfərə yaxındır. Beləliklə, seçkilərdə iştirak təxminən 48 % təşkil edib.
Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.
Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar