Xəbər lenti


“İlin sonunadək Rusiya ilə İran arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çata bilər”.

“Report” xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan “İran daily” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq son aylar iki ölkə arasında ixrac və idxalın həcmi artıb: “Bu tendensiya davam edərsə, ilin sonunadək ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatacaq”.

Caqaryan bildirib ki, Rusiya İrana beynəlxalq hüquqa uyğun olaraq silah satmağa hazırdır.

Qeyd edək ki, BMT-nin silah satışı ilə bağlı İrana tətbiq etdiyi sanksiyanın müddəti 2020-ci ilin oktyabrında bitib. Ancaq ABŞ-ın İran İslam Respublikasına tətbiq etdiyi sankasiyalar davam edir.



Ana səhifəyə qayıt        Baxış: 3 245          Tarix: 24-06-2021, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma