Xəbər lenti
Bu gün, 18:30
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
Yaponiyanın Nagasaki Universitetinin Nüvə Silahlarının Ləğvi Tədqiqat Mərkəzi builki nüvə silahlanması hesabatını yayıb.
Ovqat.com Yaponiyanın Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, tədqiqat mərkəzi dünyada nüvə başlıqlarının sayının 280 ədəd azalaraq 13130-a düşdüyünü açıqlayıb.
Məlumata görə, bu azalma nüvə silahlarının modernləşdirilməsi çərçivəsində bəzi köhnə başlıqların məhv edilməsi səbəbindən baş verib. Hesabatda vurğulanır ki, 9 nüvə dövləti aktiv (operasional) nüvə başlıqlarının sayını artırıb. Nəticədə orduların nüvə arsenallarında aktiv başlıqlarının sayı 9346-dan 9615-ə yüksəlib.
Nüvə arsenalında ilk yer yenə də Rusiyaya məxsusdur. Kremlin əlində 6260 nüvə başlığı var. Onu 5550 aktiv nüvə başlığı ilə ABŞ izləyir. Bu siyahıda 3-cü yeri tutan Çin isə rəqiblərindən xeyli geri qalır. Çinin cəmi 350 nüvə silahı var. Bu üç ölkəni 290 başlıq ilə Fransa, 225 başlıq ilə İngiltərə, 165 başlıq ilə Pakistan, 160 başlıq ilə Hindistan, 90 başlıqla İsrail və 40 başlıqla Şimali Koreya izləyir.
Son bir ildə Çin və İngiltərə 30, Pakistan, Hindistan və Şimali Koreya isə 10 yeni nüvə başlığı istehsal edib.
ABŞ və Rusiyanın ümumi nüvə silahı arsenalının 86%-nə sahib olduğu açıqlanan hesabatda bildirilir: "ABŞ və Rusiya arasında silah yarışları davam edərkən, Çinin də qoşulduğu üçlü ixtilaf və gərginlik mərkəzi ortaya çıxır".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar