Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
Taliban öz bayraqlarını Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin paytaxtı yaxınlığında salınmış Pənc çayı üzərindəki körpüdən asıb. Həmin ərazi Əfqanıstanla tam sərhəddində yerləşsə də, bu addım Düşənbə tərəfindən təhdid kimi qiymətləndirilib.
Ovqat.com-un məlumatına görə, Talibanın bu təxribatına Rusiyadan da sərt reaksiya verilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü ənənəvi mətbuat konfransında Tacikistandakı rus hərbi bazasının “Əfqanıstan sərhədində vəziyyətin gərginləşməsi halında fəaliyyət göstərmək üçün lazım olan hər şeyə qadir olduğunu” bildirib.
Onun sözlərinə görə, Rusiya “Tacikistan sərhədlərində gərginliyin kəskin artdığından xəbərdardır və Əfqanıstandakı qüvvələr təmkinli davranmalıdırlar. Əks halda Rusiya Tacikistan və Əfqanıstan sərhədlərində baş verən təxribatların qarşısını almaq üçün lazımi tədbirlərə əl atacaq”.
Zaxarova onu da vurğulayıb ki, Tacikistan-Əfqanistan sərhədlərinin 2/3-I Talibanın nəzarətinə keçib.
Talibanın rus təhdidinə cavabları isə maraqlı olub. Təşkilat “nəzarət altına aldıqları ərazilərdə yüklərin təhlükəsizlik daşınmasına tam zəmanət verdiklərini” açıqlayıb.
Taliban Pənc çayı üzərindəki körpüyə bayrağınnı asır
Tacikistanla sərhəddin 2/3-ni nəzarət alan Talibanın xüsusilə Dağlıq Bədəxşan Muxtar Vilayətində fəallaşmasının narahatlıq doğurması təəccüblü deyil. Ölkə ərazisinin hardasa yarısını (45%) təşkil edən bu vilayət mübahisəli ərazi hesab olunur. Bölgə 1923-cü ilin 15 avqust tarixində Pamirin sovetlər tərəfindən işğalından sonra Türkistan Muxtar Sovet Sosialist Respublikasına birləşdirilib. Həmin il Fərqanə vilayətinin tərkibində Pamir dairəsi yaradılır. 1925-ci ilin 2 yanvar tarixində isə SSRİ MİK tərəfindən Tacikistan Muxtar Sovet Sosialist Respublikasına verilir. 1929-cu ilin 16 oktyabrında isə Tacikistan SSRİ-yə daxil edilir. 5 dekabr 1936-cı ildə isə adı Tacikistanın tərkibində Dağlıq Bədəxşan Muxtar Vilayəti təsis olunur. Beləcə, Orta Asiyada özbək, qırğız, tacik xalqları və pamirlər (farsdilli olsalar da özlərini ayrı millət kimi görürlər) arasında gələcək ziddiyyətlərin toxumu səpilmiş olur.
Dağlıq Bədəxşan Muxtar Vilayətinin geniş ərazisi var. 64 100 km² (Gürcüstandan bir az balaca, Ermənistandan 2.2 dəfə böyük) sahəsi olan Dağlıq Bədəxşan Tacikistan ərazisinin 45%-ə bərabərdir. Bu qədər geniş torpaqlara sahib olmasına baxmayaraq, Bədəxşanda çox az adam yaşayır. 200 mindən bir qədər artıq əhalisi olan vilayətdə cəmi 1 şəhər, 7 rayon, 43 kənd mövcuddur. Bu da əhalinin əsasən çay yataqlarına yaxın ərazisə məskunlaşmasından irəli gəlir. Vilayətin paytaxtı Xoroqun əhalisinin sayı 28,9 min olaraq göstərilir. Xoroq paytaxt Düşənbədən 527 km aralıdır. Əhalinin əksəriyyəti özünü nə fars dilli tacik, nə də türkdilli qırğız yaxud özbək olaraq görmür, pamir xalqı adlı etnik qrupa aid edir. Bu da Tacikistanla Bədəxşan arasında ziddiyyəti körükləyir. Sovet hakimiyyəti dağıldıqdan sonra Tacikistanda başlayan və zorla yatırılan vətəndaş müharibəsinin əsasını bu ayrılıq təşkil edirdi.
Bədəxşan probleminin ən əsas çıxış nöqtəsi isə bölgənin bir hissəsinin Əfqanıstan ərazisində qalmasından qaynaqlanır. 19-cu əsrin sonlarında London ilə Moskva arasında bölüşdürülən Bədəxşanın dağlıq hissəsi Rusiyaya, aran hissəsi isə ingilislərin nəzarətində qalan Əfqanıstana verildi. Fəqət o zamanlar sərhədləri çəkmək mümkün olmadığından əsas ayrılma SSRİ dövrünə düşdü.
Çar Rusiyası dağıldıqdan sonra müstəqilliyini elan edən Türkistan əraziləri sonradan sovetlər tərəfindən hissə-hissə ələ keçirilərək müxtəlif respublikalara parçalandı və Bədəxşan da Tacikistanın payına düşdü. Di gəl ki, Əfqanıstan bu bölgü ilə heç vaxt razılaşmadı və özünün hesab etdiyi Dağlıq Bədəxşan Muxtar vilayətini torpaqlarına qatmağa çalışdı.
Bədəxşanın kiçik hissəsi isə Çinin nəzarətindədir. Bu da istər-istəməz Talibanların Çinə qarşı iddialarını körükləyir və Pekini də ciddi narahat edir. Vəziyyəti tündləşdirən əsas amil isə Bədəxanın 7 min metrdən yüksək dağlıq ərazilərdən ibarət olmasıdır. Ərazinin “kələ-kötürlüyü” onun nəzarət altına alınmasını çətinləşdirir və assimetrik mübarizə aparan Taliban kimi qüvvələrin işini asanlaşdırır. Nəzərə alsaq ki, Bədəxşan əhalisinin böyük əksəriyyəti tacikləri də özgə kimi görür və Əfqanıstanın nəzarəti altına keçməyə qurtuluş yolu olaraq baxırlar, Tacikistanda baş verəcəklərə laqeyd qalmayacağını açıqlayan Rusiyanı bu ərazidə ciddi sınaq gözləyir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar