Xəbər lenti

Əfqanıstanda əhalinin hökumətə inamı olmadığına görə Taliban hakimiyyəti ələ keçirə bildi.

Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri general Mark Milli deyib.

“Əfqanıstanda baş verənlərin ən böyük səbəblərindən biri hökumətdəki korrupsiya idi. Əhali hökumətə inanmırdı. Gördünüz nə baş verdi, rəhbərlik sözün əsl mənasında çökdü”, - Milli bildirib.

Onun sözlərinə görə, Əfqanıstan hökumətinin devrilməsi gözlədiklərindən də tez baş verdi.



Ana səhifəyə qayıt        Baxış: 2 121          Tarix: 5-09-2021, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma