Xəbər lenti
Dünən, 21:48
Dünən, 19:44
Dünən, 18:40
Dünən, 15:00
Dünən, 13:09
18-11-2025, 23:30
18-11-2025, 22:51
18-11-2025, 22:00
18-11-2025, 21:00
18-11-2025, 19:10
18-11-2025, 18:53
18-11-2025, 16:36
18-11-2025, 15:20
18-11-2025, 14:18
18-11-2025, 13:30
18-11-2025, 11:30
18-11-2025, 10:05

“Amerikalılar Türkiyəyə “Patriot” hava hücumundan müdafiə kompleksi satsaydı, Rusiyadan “S-400”ləri almağa məcbur olmazdıq”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambeyasının 76-cı sessiyası çərçivəsində ABŞ-a səfəri zamanı “New York Times” qəzetinə müsahibəsində bildirib.
Türkiyə Prezidenti Rusiya müdafiə sistemini satın almaqla Qərbin, xüsusilə NATO-nun ayağının altını qazdıqları ilə bağlı tənqidi fikirləri və söhbətləri tamamilə təkzib edib.
Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqin, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək haqqı olduğunu söylədiklərini xatırladıb: “Özümüzə lazım olan silahları satın alırıq”.
O, Türkiyənin “S-400”ləri almasının ABŞ-la problemlərin yaşanmasına dəyib-dəyməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: “Məncə, buna dəyərdi. Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik”.
Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin əsaslarını qoruduqlarına işarə edərək belə açıqlama verib: “Türkiyənin ABŞ-la uzun illərə dayanan bağlar var. Bunun qorunaraq güclənməsi lazımdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























