Xəbər lenti

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı etibarlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub.

Telekanalın məlumatına əsasən, İ.Qaribaşvilini hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəzləyəcək.



Ana səhifəyə qayıt        Baxış: 3 426          Tarix: 7-10-2021, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma