Xəbər lenti

ABŞ-ın 50 ştatından 44-nün hakimiyyəti prezident Donald Tramp tərəfindən təsis edilmiş komissiyaya seçkilərlə bağlı məlumatları verməkdən imtina edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.

Mayın 11-də Tramp seçkilərdə mümkün saxtakarlığın araşdırılması üçün komissiyanın yaradılması haqqında fərman imzalayıb. Komissiya seçicilər haqqında məlumat tələb edərək bütün ölkə üzrə ştatların 50 katibinə bununla bağlı məktub göndərib.

Komissiya federal seçkilərdə səsvermə prosesini öyrənməlidir. Həmçinin, seçki prosesinin zəif yerləri və seçkilərin texniki təminatında mövcud olan boşluqlar araşdırılmalıdır.

Qeyd edək ki, Tramp seçkilərdən sonra kütləvi saxtakarlıqlardan danışıb və hərtərəfli araşdırma keçirəcəyinə söz verib. Tramp bildirib ki, onun rəqibi Hillari Klintona milyonlarla qeyri-leqal miqrant, həmçinin “ölü ürəklər” səs verib.

“Pew Center təşkilatının (sosiologiya və demoqrafiya sahəsində tədqiqatlar aparan qeyri-kommersiya təşkilatı – red.) məlumatına görə, ötən il 1,8 milyon ölmüş vətəndaşın adı müxtəlif ştatlarda seçicilərin siyahılarında olub. Onlar deyirlər ki, bu, təxmini məlumatlardır”, - komissiyanın sədr müavini Kris Kobax bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 843          Tarix: 5-07-2017, 18:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma