Xəbər lenti

Beynəlxalq ictimaiyyət təbii yolla yaranan xəstəliklərin artması təhlükəsi, eləcə də laboratoriyalarda bədbəxt hadisələrin baş vermə ehtimalı ilə üz-üzədir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

O, vurğulayıb ki, COVID-19 pandemiyası infeksion xəstəliklərin bəşəriyyət üçün dağıdıcı nəticələrini nümayiş etdirib.

Sallivan, həmçinin bioloji silahların hazırlanması və istifadəsinə dair müəyyən edilmiş qadağaların gücləndirilməsi sahəsində əməkdaşlığa çağırıb.

"Birləşmiş Ştatlar açıq şəkildə bildirir ki, bioloji toksinlərdən silah yaradılması yolverilməzdir. Biz bəzi ölkələrin hələ də bioloji silah proqramlarına malik olmasından narahatıq", - Sallivan vurğulayıb.

Amerika liderinin köməkçisi bütün ölkələri bioloji silah təhlükəsinə ciddi yanaşmağa səsləyib.



Ana səhifəyə qayıt        Baxış: 2 548          Tarix: 20-11-2021, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma