Xəbər lenti

 
Qazaxıstanın Rusiya tərəfindən işğalı Moskva ilə Vaşinqton arasında “kor kora kor deməsə...” zərb məsəlini xatırladan diplomatik polemikalarla müşayiət olunur.
 
Ovqat.com-un məlumatına görə, ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken KTMT-nin Qazaxıstan əməliyyatını şərh edərkən deyib: “Yaxın tarixdən alınan dərslər göstərir ki, ruslar bir kərə evinizə girdisə, onu evdən çıxarmaq xeyli müşkül olur”.
 
Rusiya Xarici İşlər Nazirliyi isə Blinkenin bu sözlərinə Telegram hesabında paylaşdığı statusla cavab verib: “Antoni Blinken əgər tarix dərslərini çox sevirsə, qoy bunu da unutmasın: Amerikalılar evinizə girdisə, sağ qalmaq, qarət edilməmək və zorlanmamaq çətindir. Üstəlik, bu, sadəcə son dövrlərə aid bilgi də deyil. ABŞ-ın 300 illik tarixi boyunca həmişə belə olub”.


Ana səhifəyə qayıt        Baxış: 4 429          Tarix: 9-01-2022, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma