Xəbər lenti

“Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə edilərsə, ABŞ və onun müttəfiqləri Minskə qarşı tədbir görəcəklər”.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları Belarus ərazisində daimi yerləşərsə, NATO Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrinin düzülüşünə yenidən baxmalı ola bilər:

“Biz həmçinin Belarusa açıq şəkildə bildirdik ki, ərazisinin Ukraynaya hücumu üçün istifadə edilməsinə icazə verərsə, ABŞ, onun müttəfiqləri və tərəfdaşları tərəfindən sürətli və qətiyyətli cavabla üzləşəcək”, o deyib.



Ana səhifəyə qayıt        Baxış: 2 954          Tarix: 26-01-2022, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma