Xəbər lenti

Rusiya Kuril adalarının cənub hissəsini işğal edib ki, bu da Ukraynaya edilən hücum kimi, beynəlxalq hüquqla ziddiyyət təşkil edir.

Bu barədə fevralın 28-də Yaponiya parlamentindəki debatların gedişində XİN Avropa Departamentinin direktoru Xideki Uyama bəyan edib.

«Şimal ərazilər (Tokioda Kurilin cənub hissəsini belə adlandırırlar) Rusiya tərəfindən işğal olunub və biz, hesab edirik ki, bu, beynəlxalq hüquqla ziddiyyət təşkil edir - indi Ukraynaya hücum edilməsi kimi» - Departament direktoru qeyd edib.

Yaponiya hakimiyyəti son illər Kuril ətrafındakı situasiyanı təsvir edərkən, «işğal» anlayışından çəkinib və belə bəyanatla çıxış edib ki, bu adalar üzərində Yaponiyanın suverenliyi yayılır.

Göründüyü kimi, Rusiyanın Ukraynaya təcavüzü Kuril ətrafındakı situasiya üzrə yanaşmaya keyfiyyətcə yeni təkan verib. Bunun digər ərazilərdə də uyğun presedent yaradacağı şübhə doğrurmur.

AzPoitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 345          Tarix: 28-02-2022, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma