Xəbər lenti

ABŞ Rusiyanın müdafiə sənayesi ilə əlaqəli 11 şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu addım, mülki vətəndaşlar da daxil olmaqla çoxsaylı insan ölümünə səbəb olmuş Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar atılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, sanksiyalara məruz qalmış şəxslər sırasına Rusiya Milli Qvardiya Federal Qoşunlarının başçısı Viktor Zolotov, “Rosoboronexport” şirkətinin Baş direktoru Aleksandr Mixeyev, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev, həmçinin Rusiya müdafiə nazirinin 8 müavini daxildir. Sanksiyalar həmin şəxslərin ABŞ ərazisində yerləşən, yaxud ABŞ vətəndaşlarının mülkiyyətində və ya nəzarətində olan əmlakının bloklanmasını nəzərdə tutur.



Ana səhifəyə qayıt        Baxış: 3 118          Tarix: 15-03-2022, 09:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma