Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Moskva bildirib ki, Rusiyanın vəzifəli rəsmilərinə qoyulmuş səfər qadağanına cavab olaraq ABŞ rəsmilərinin Rusiyaya səfərlərini məhdudlaşdıracaq.
Xatırladaq ki, ABŞ və Avropa İttifaqı bu həftə müxalifətçi Navalnının zəhərlənməsi və həbsi ilə bağlı Rusiya rəsmilərinə viza qadağanı və başqa məhdudiyyətlər nəzərdə tutan sanksiyalar tətbiq ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martin 5-də bu barədə bəyanat verib: "Onların bizimlə rəftarını nəzərə alaraq və sanksiya siyahısını dərc etməsinə cavab olaraq, düşünürəm ki, biz də onları çox tezliklə təəccübləndirəcəyik. Biz bunun üzərində işləyirik”.
Vaşinqton martin 2-də bəyan etmişdi ki, Putin administrasiyası rəhbərinin müavini də daxil olmaqla bir sıra Rusiya vəzifəlilərinin üzərinə sanksiyalar qoyur. ABŞ bildirirdi ki, bu barədə qərar ABŞ kəşfiyyatının qiymətləndirməsindən sonra qəbul olunub.
Amerika kəşfiyyatı Navalnının ötən avqustda zəhərlənməsinin arxasında yüksək bir ehtimalla Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) dayandığını bildirmişdi. Aleksey Navalnı isə onun həyatına sui-qəsd cəhdinin arxasında prezident Vladimir Putinin dayandığını iddia edib.
Kreml bu ittihamı rədd edir.
Bundan az əvvəl Avropa İttifaqı Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin, prezident adminsitrasiyası rəhbərinin müavini Sergey Kiriyenko, Rosqvardiyanın direktoru Viktor Zolotov, baş prokuror İqor Krasnov və cəzaların icrası xidmətinin rəhbəri Aleksandr Kalaşnikovun üzərinə sanksiyalar qoyduğunu elan etmişdi. Kiriyenko və Kalaşnikovun adları Birləşmiş Ştatların sanksiya qoyduğu rəsmilərin siyahısında da var.
Vaşinqton bundan başqa Kremlin daxili siyasət idarəsinin rəisi Andrey Yarini, FTX-nin direktoru Aleksansr Bortnikovu, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçkonu və Pavel Popovu da sanksiya siyahısına salıb.
Prezident Co Bayden administrasiyasının rəsmiləri deyiblər ki, Vaşinqton habelə bioloji və kimyəvi istehsalatda işlədilən 14 komponentin Rusiyaya ixracına və Rusiyanın 9 kommersiya qurumuna məhdudiyyətlər qoyur.
Bu həftənin əvvəllərində beynəlxalq və Rusiya mediası xəbər verirdi ki, Birləşmiş Ştatlar habelə Rusiyanın kimyəvi silah saxladığına görə onun biznesmenlərinə və hətta xarici borclarına sanksiyalar qoya bilər.
Martın 5-də bu xəbərlərlə bağlı şərh verən Kreml sözçüsü Dmitri Peskov yeni sanksiyaları axmaqlıq adlandırıb: "İndiyədək Rusiya biznesmenlərinə heç kim sanksiya qoymayıb. Və biz əlbəttə ümid edirik ki, belə axmaq çağırışlar media səhifələrində qalacaq və ABŞ hakimiyyətində özünə münbit zəmin tapmayacaq”.
Peskov Rusiyanın mümkün cavab sanksiyaları barədə heç nə deməyib. Kreml sözçüsü bir qədər gözləməyi tövsiyə edib. (azadliq.org)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar