Xəbər lenti

 
Türkiyə Silahlı Qüvvələrinin Mosulun şimalındakı Başika bazasına katyuşa zərbələri endirilib.
 
Ovqat.com-un məlumatına görə, hərbi bazaya ən azı 5 raket atıldığı xəbər verilir.
 
Hücum nəticəsində heç bir can itkisi yaşanmasa da bəzi dağıntılar qeydə alınıb.
 
İddialara inansaq, Türk qoşunları Şimali Suriyaya planlaşdırılan əməliyyat zamanı bu bazadakı qüvvələrdən də istifadə edəcək. Separatçıların məhz bu səbəbdən hərbi bazanı yararsız hala gətirmək istədikləri vurğulanır.


 
Başika hərbi bazası bu il daha 2 dəfə hücuma məruz qalıb. İlk hücum 15 aprel, ikinci hücum isə 12 avqust tarixlərində baş verib.
 
Başika hərbi bazası 2015-ci ildə yaradılıb. Mosuldan 12 km. aralıda yerləşən hərbi baza İŞİD-ə qarşı döyüşçülər yetişdirmək üçün istifadə olunurdu.
 


Ana səhifəyə qayıt        Baxış: 3 858          Tarix: 8-11-2021, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma