Xəbər lenti
Dünən, 19:25

“NATO ölkələri Rusiyaya təzyiqi artırmaq və yeni sanksiyalar tətbiq etmək niyyətindədir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz Rusiya nüvə qüvvələrinin hazırlıq vəziyyətində hələ ki heç bir dəyişiklik müşahidə etməmişik. Amma durumu diqqətlə izləyirik. NATO ölkələri özlərinə və Kiyevə silah tədarükünü artırmaq üçün hərbi-sənaye müəssisələrlə fəal danışıqlar aparır”, - o bildirib.

Baş katib vurğulayıb ki, Ukrayna üçün danışıqların nəticəsi onun döyüş meydanındakı uğurundan asılı olacaq: “NATO Rusiya ilə qarşıdurmaya can atmır. Biz ehtiyatsız nüvə ritorikasına əl atmayacağıq”.




Ana səhifəyə qayıt        Baxış: 2 797          Tarix: 21-09-2022, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma